Artıq üç məktəbdən qovulmuş şagird gətirilmişdi məktəbə. Bir müəllim sinfə gəldi, yeni şagirdə baxdı və düşündü:
- O məktəbdən ancaq belələri çıxar...
İkinci müəllim yeni şagirdi görüb, qəzəblə dedi:
- Bircə sən əskik idin...
Üçüncü müəllim sinfə gəldi:
- Yeni şagirdimiz var? - deyib sevindi.
Şagirdə yaxınlaşdı, əlini sıxdı, gözlərinin içinə baxdı, gülümsədi və dedi:
- Salam! Mən səni gözləyirdim!
***
Dənizçilər sakit dənizi daha çox sevdikləri kimi, pedaqoji təcrübəsindən asılı olmayaraq, bütün müəllimlər də dərs dedikləri siniflərin problemsiz olmasını istəyirlər. Məsələ ondadır ki, sakit dəniz cəsur dənizçi yetişdirə bilmədiyi kimi, heç vaxt “pedaqoji tufanlara” düşməyən müəllim də nəyə qadir olduğunu, pedaqoji ustalığının səviyyəsini müəyyən edə bilməz.
Müəllimin nəinki şagird şəxsiyyətinin, hətta cəmiyyətin inkişafında müstəsna rolunu heç kəs inkar etmir, lakin elə müəllimlər də var ki, həm problem kimi görünən şagirdi “bərpa edir”, onu xəbərsiz olduğu, yaxud laqeyd qaldığı potensialına qovuşdurur, həm də özləri təkmilləşir, pedaqoji taktını cilalayır. Qlobal pedaqoji mətbuat belə nümunələrlə öyünə bilər.
***
...Ata və anası əyyaş həyat tərzi keçirən Stiv sinfin ən zəif şagirdi idi. Müəllimə Miss Vayt isə
onun istedadlı olduğuna inanırdı. Sadəcə olaraq, Stivi bu həqiqətə inandıra bilmirdi. Stiv ev tapşırığını yazmırdı ki, yazmırdı. Müəllimənin cəzaları sərtləşsə də, o, inadkarlığından əl çəkmirdi.
- Bir cəhd elə, bax! Təkcə bir həftə!
Ancaq o, dəyişmirdi.
- Axı sən kifayət qədər zəkalısan! Özün görəcəksən!
Heç nə onu təəccübləndirmirdi.
- Özünə bir şans ver. Həyatından ümidini üzmə!
Mənası yox idi.
- Stiv! Xahiş edirəm! Mən sənin üçün narahatam!
Heyrət! Birdən Stiv dərk etdi! Onun üçün narahat olan biri var idi. Tamamilə əlçatmaz və mükəmməl biri. VƏ ONUN QAYĞISINA QALIRDI?!
Növbəti bazar ertəsi o, məktəbə vaxtında gəlib Miss Vaytın sinif otağına daxil olmasını gözləməyə başladı. O, başdan-başa cilvə və təbəssümlə otağa daxil oldu! Allah, o necə də gözəl idi! Stiv o təbəssümün ona yönəlməsini arzuladı. O isə Stivi buna həsrət qoydu.
Miss Vayt dərhal həftəsonu ev tapşırığı mövzusunda suallar verdi. Stiv testi tez bir vaxtda həll edib hamıdan əvvəl təqdim etdi. Miss Vayt təəccüblə baxaraq, onun işini götürdü. Çaşqınlığını gizlətmədən işi yoxlamağa başladı. Stiv ürək döyüntüləri ilə öz oturacağına tərəf addımladı. Oturarkən o, bu gözəl qadına bir daha baxmaq istəyi ilə bacara bilmədi.
Miss Vaytın üzü sarsılmışdı! O, başını qaldırıb Stivə, sonra onun işinə, sonra yenə Stivə baxdı. Birdən onun simasını nurlu bir təbəssüm bürüdü. Yeddinci sinfin ən zəkalı oğlanı indicə ilk testini uğurla vermişdi!
O andan bəri Stiv üçün heç nə əvvəlki kimi deyildi. O, kəşf etmişdi ki, nəinki öyrənə bilər, özü də lap yaxşı öyrənə bilər! O, kəşf etmişdi ki, o, biliyi başa düşə və yadda saxlaya bilər, hətta öyrəndiklərini öz həyatına tətbiq edə bilər.
Stiv daha yaxşı olmağa başladı! O, bu fəaliyyətini bütün məktəb həyatı boyu davam etdirdi.
Miss Vaytın ruhlandırdığı Stiv indi də yaxınlıqdakı kollecdə professor kimi başqalarını ruhlandırmağa davam etməkdədir.
“Görürsünüzmü, həqiqətən nə qədər sadədir? Bir oğlanın qəlbində onun taleyi ilə maraqlanan bir müəllimə görə necə dəyişiklik baş verdi”.
***
Daha bir pedaqoji hekayətə qısaca nəzər salıb, müəllimə Miss Tompsonun Teddi adlı məktəbə yad bir oğlanı həyata qaytarmaq üçün nələr çəkdiyinin şahidi olaq.
“Müəllimə Miss Tompson 5-ci sinfin qarşısında dayanıb, şagirdlərə baxır, hamını sevdiyini bəyan etsə də, yalan deyirdi. O, ilk cərgədə oturan, müşahidələrinə görə, uşaqlarla oynamayan, üst-başı səliqəsiz, hamama ehtiyacı olan Teddi Stoddardı necə sevə bilərdi.
Onun dəftərini də yoxlamadan, üstündə “X” işarəsi çəkib, “F” (qeyri-qənaətbəxş) yazıb qoymaqdan sanki zövq alırdı.
Bir gün ondan şagirdlərin şəxsi işlərini yoxlamaq tələb olundu. O, Teddinin işini götürüb işlərin altına qoydu. Lakin Teddinin şəxsi işini oxuduqda çox heyrətləndi.
Birinci sinif müəllimi əla oxuduğunu, nümunəvi davranışlı, gülümsər bir uşaq olduğunu yazırdı.
İkinci sinif müəllimi Teddinin yoldaşları tərəfindən sevildiyini, anasının ağır xəstə, ev həyatının onun üçün ağır olduğunu yazırdı.
Üçüncü sinif müəllimi yazırdı ki, ana itkisi Teddi üçün çox ağırdır, atası onunla maraqlanmır, tədbir görülməsə, ev həyatı ona mənfi təsir göstərəcək.
Dördüncü sinif müəllimi yazırdı ki, Teddi özünə qapanıb, məktəbə kifayət qədər maraq göstərmir. Dostlarının əksəriyyətini itirib, bəzən sinifdə yatır.
Miss Tompson məsələnin nə yerdə olduğunu anlayıb, öz-özündən xəcalət çəkdi. Şagirdlərin onun üçün gətirdikləri səliqəli Milad bayramı hədiyyələri içərisində Teddinin əzik-üzük dükan kağızına yöndəmsizcəsinə bükülmüş hədiyyəsini görəndə lap pis oldu. Bir neçə dənəsi itmiş süni almaz bilərzik və işlənmiş ətir şüşəsini görəndə gülən uşaqları müəllimə bilərziyi biləyinə taxıb, onun gözəlliyini tərifləməklə, ətirdən də bir-neçə damcı vurmaqla susdurdu.
Teddi müəlliməyə “Bu gün sizdən anamın ətrini aldım, Miss Tompson”, - demək üçün dərsdən sonra dayandı.
Uşaqlar gedəndən sonra müəllimə ən azı bir saat ağladı. Elə həmin gün o, oxu, yazı və hesabı öyrətməyi tərk etdi. Bunun əvəzinə uşaqları öyrətməyə başladı.
Miss Tompsonun gərgin səyi nəticəsində Teddi dərs ilinin sonunadək sinfin ən bacarıqlı şagirdlərindən biri oldu.
Bir ildən sonra müəllimə qapının altına Teddi tərəfindən qoyulmuş və üzərində “Siz hələ də həyatımda ən yaxşı müəllimsiniz” yazılmış kağız parçasını aldı.
Altı il sonra orta məktəbi sinfin üçüncüsü kimi bitirdiyini, ondan dörd il sonra kolleci fərqlənmə ilə başa vurduğunu bildirən bir qeyd, daha dörd il sonra bakalavr səviyyəsini bitirdiyini və təhsilini davam etdirmək arzusunda olduğunu bildirən bir məktub aldı. Bu dəfə Teddinin adı bir qədər uzun yazılmışdı - Tibb elmləri doktoru Teodor F. Stoddard.
Bütün bu yazıların hər birində Teddi müəlliminə Miss Tompsonun onun həyatında hələ də ən yaxşı müəllim olduğunu vurğulayırdı.
Həmin ilin yazında Teddidən müəlliməyə daha bir məktub gəldi. O, müəlliməsini toyunda bəy anası əvəzi olaraq iştirak etməyə dəvət edirdi. Miss Tompson şagirdinin toyunda anası üçün ayrılmış yerdə əyləşməyi məmnuniyyətlə qəbul etdi.
O, toya əsl ana kimi getməyi qərara aldı: həmin bilərziyi taxıb, üstünə Teddinin anasının sonuncu dəfə istifadə etdiyi ətirdən səpib getdi.
Onlar bir-birilərinə sarıldılar. Doktor Stoddard müəlliməsinin qulağına pıçıldadı:
- Mənim dəyişə biləcəyimə inandığınıza görə sizə təşəkkür edirəm, Miss Topmson.
Gözləri yaşla dolmuş Miss Tompson isə şagirdinə pıçıldadı:
- Səhv edirsən, Teddi. Əslində, sən məni dəyişə biləcəyimə inandırdın. Səni görənə qədər mən müəllimliyin nə demək olduğunu bilmirdim”.
***
Bu epizodlardan göründüyü kimi, müəllim köhnə bilik bazasına və ya illərlə hesablanan təcrübə çoxluğuna güvənməməlidir. Dəyişdirməyi bacardığı kimi, dəyişməyi də bacarmalıdır. Yuxarıda yazılanlar qədər təsirli görünməsə də, keçmişdə yaşadığım və bu gün də ruhumu titrədən bir əhvalatı da mən əlavə edim.
Heç yadımdan çıxmır: ötən illərin birində şagirdlərdən biri ingiliscə ev tapşırığı olaraq öz ailəsi haqqında yazmışdı. Ailə üzvlərinin hamısı haqqında məlumat vermişdi. Uzun illərin təcrübəsinə baxmayaraq, səriştəsizlik etdim. Atası haqqında niyə danışmadığını soruşdum. Uşaq burada izah edə bilməyəcəyim bir baxışla, yadıma düşəndə bu gün də çiyinlərimi əyən kədər dolu ahənglə “Müəllim, atam vəfat edib”, - dedi. Yerdən-yerə girdim desəm, azdır, xəcalətimdən əridim.
Dərs deməyə başladığın sinifdəki şagirdləri qabaqcadan öyrənməli olmağının əhəmiyyəti yaddaşıma ox kimi sancıldı.
Rəqabət dünyasında hamı keyfiyyətli təhsil uğrunda yarışır. Keyfiyyətli təhsil də keyfiyyətli müəllim, keyfiyyətli tədris materialı və resurslarından ibarətdir. Çoxsaylı müsbət və mənfi cəhətləri ilə sürətlə dəyişməkdə olan dünyamız biz müəllimlərin də dəyişməsini tələb edir. Müasir müəllim öyrədəndən daha çox öyrənməyi öyrədən sima, öyrənənlərin bələdçisi,
məsləhətçisi, öyrənməyi çox maraqlı bir işə çevirməyi bacaran tərəfdaş olmalıdır.
P.S. Qısaldılmış mətnlərin tərcüməsi müəllifə məxsusdur.
Rahib (Alpanlı) Sədullayev,
ADPU-nun Quba filialı filologiya kafedrasının baş müəllimi,
qabaqcıl təhsil işçisi

Tətbiqimizi yükləyə bilərsiniz