Allah Qabil müəllimə rəhmət eləsin. Onun poetik fikirləri daim aydın və sərrast idi. Şeir (1969-cu ildə yazılıb və tezliklə dillər əzbəri olub) bir neçə bənddən ibarət olsa da, məzmun və məna baxımından çox güclüdür. Çünki şeirdə böyük həyat həqiqəti və hayqırtı var. Bir fikir verin:
Ağ biləklər gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızılgül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Fikrimizcə, şeirin kökündə insanları əməllərinə və davranışlarına görə fərqləndirən vicdan məsələsi dayanır. Çünki vicdan elə bir mənəvi gücdür ki, əslində hər bir insanın dəyəri onunla ölçülür. El arasında arabir belə ifadələr işlənir: “filankəs vicdanını itirib”, “sənin vicdanın nə vaxt oyanacaq?”, “vicdansızın balası” və sair. Demək, bizim vicdanımız əslində gücümüz, imanımız, etibarımız, qeyrət göstəricimiz və kimliyimizdir.
Vicdanının səsinə qulaq asanlar həyatda doğru yol tutur, həqiqi mənada azad yaşamağa, gözəl əməllər sahibi olmağa çalışırlar.
Dinimizə görə, vicdan Allahın insana verdiyi ilham, qüvvətdir və hər kəs etdiyi naqis əməllərə görə axirətdə cavab verəcək, haqq-hesabı da ağır olacaq.
Vicdan haqda bir rəvayəti də danışım, söhbəti yekunlaşdıraq.
Deyir, bir gün Sokrat tələbələri ilə söhbət edirdi. Bu vaxt bir nəfər içəri girib onlara deyir:
- İnsan haqqında çox danışmağa ehtiyac yoxdur. Mən hər bir insanın üzünə baxıb, onun xarakterini deyə bilərəm.
Sokrat ona:
- Onda məndən başla, necə adam olduğumu söylə,- deyir.
Kişi deyir:
-Sənin burun dəliklərin dodağına görə çox genişdir. Deməli, səndə tündməcazlıq var. Alnın genişdir. Deməli, acgözsən. Çənən dik başlayır və sivri şəkildə bitir. Deməli, səbirsizsən. Qolların uzundur. Deməli, pulu çox sevirsən. Gözlərin çox yastı və böyükdür. Deməli, sən həmişə dövlətə qarşı çıxan, insanları üsyana təhrik edən, təxribatçı bir adamsan.
Bu sözlər Sokratın tələbələrini çox narazı salır. Ancaq Sokrat çağırılmamış qonağa təşəkkür edib, onu mehribanlıqla yola salır.
Tələbələri Sokratdan soruşurlar:
- Bu adam sizin haqqınızda ancaq mənfi şeyləri söylədi, ancaq siz ona təşəkkür edib, hörmətlə yola saldınız. Başa düşmədik, siz onun dedikləri ilə razısınız?
- Adamın dediyi bütün mənfi keyfiyyətlər məndə var. Buna görə də ona bir şey demədim. Ancaq o, bir şeyi deməyi unutdu. Mənim, hər insanda olduğu kimi, mənfi keyfiyyətlərimlə yanaşı, vicdanım da var. Əgər o mənim ürəyimə də baxa bilsəydi, onda vicdanımın da olduğunu görərdi. Vicdan isə elə bir qüvvədir ki, insanın təbiətində olan bütün mənfi keyfiyyətlərə qalib gəlir və ən əsası, insanı onların əsiri olmaqdan qoruyur...
P. S. Biz kimsəyə əxlaq və vicdan dərsi vermək fikrindən uzağıq. Amma ağıllı adamlardan birinin təbirincə desək, əgər gecələr rahat yatmaq istəyirsinizsə, özünüzlə yatağa təmiz vicdan aparın. Özünüz yuxulayın, ancaq vicdanınızı isə daim oyaq saxlayın. Çünki vicdan oyaq olanda bütün müşkülləri həll etmək olur.