Deputatlar DYP-yə qarşı: Deputatların avtomobili də toxunulmazdır?

Fəxrəddin Manafov İbrahimbəyovun ittifaqından getdi - VİDEO

Nə becərməliyik: meyvə-tərəvəz, yoxsa pambıq? - ANALİZ

Cümə, 25 may 2018
TR EN RU

Menu

Cümə, 25 may 2018
EN TR RU

PƏNCƏRƏ

Mələklər sənə baş əymiş...

15.02.2017 21:13

İnsana dəyər verən də, insanı dəyərdən salan da elə özüdür. Allah-Taala (c.c.) ilk insanı yaradanda bütün cinlərə və mələklərə əmr elədi ki, ona baş əysinlər, baş əyməyəni də lənətləyib uca dərgahından qovdu. İnsanı yer üzünə xəlifə təyin elədi Uca Yaradan. Günəşi, Ayı lampa kimi yandırıb başının üstündən asdı insanın. Ağaclar bitirdi, üstü çeşid-çeşid, dadbadad meyvələr, hamısı da insan üçün. Heyvanlar yarardı, bəzisi rusisi, bəzisi də miniyi olsun deyə insanın.

Hər gün gözümüzün qarşısından o tərəf-bu tərəfə keçən inəyə baxanda bir dəfə də onun yaradılış hikmətini düşünsənə! Canlı süd fabrikidir, hələ desən əti də yeyilir. Otu yeyir, yediyini mədəsindən məməsinə qədər südə çevirir. Dünyada hələ elə bir texnologiya kəşf olunmayıb ki, otdan süd ala bilsin.

Arı bizə bal hazırlamaq üçündür, at bizi belində gəzdirmək üçün...

Bizi sultan qılıb bu yer üzünə, ətrafımızdakı hər şeyi də əmrimizə verib Uca Yaradan. Buyurur ki, nəyə ehtiyacınız varsa, halallıq çərçivəsində yararlanın. Amma israfı heç sevmir, çünki israf, Yaradanın yaratdığını hörmətsiz tutmaqla yanaşı həm də özündən sonra gələn ehtiyac sahiblərini düşünməməkdir.

Sənin əmrinə verilmiş hər məxluq, ağac da, ot da, balıq da, quş da öz dilində Yaradanı zikr edir. Amma Allah-Taala hər məxluqdan daha öncə insanlardan və cinlərdən gözləyir Ona ibadət etməyi. İbadətlə mükəlləf olanlar iradə sahibləridir demək.

Sən yer üzündə Allahın xəlifəsisən. Kəlmeyi-şəhadət Allah-Taalanın Varlığına, Birliyinə, Həzrəti Muhammədin də Onun qulu və Rəsulu olduğuna şahid olmaqla yanaşı, həm də insanın özünü təsdiqidir. Yəni, "mən şahid oluram ki"... Əslində mənim şahid olub-olmamağımla bir şey dəyişmir, dəyişən elə mən özüməm. Mənim şahid olmağımla mən dəyər qazanmış oluram, rəngim, yerim, cinahım, istiqamətim bəlli olur, Allah-Taalanın mənin üçün ayırdığı o şərəfli yerə sahib oluram.

Özünü dəyərsiz hesab eləmə, sənə dəyəri Allah-Taalanın Özü verib, mələkləri, cinləri sənə baş əydirib. Sən Allah-Taalanın xəlifəsisən, sənin çox böyük şərəfin var. Amma bütün bunları bir tərəfə qoyub, inəyə tapınacaqsansa, bütlərə sığınacaqsansa, Aya, Günəşə səcdə edəcəksənsə, onda bizi bağışla, sənin kimi insan olmaqdansa, inək olmaq daha dəyərlidir.


Düşüncə üçün

Dünya dediyin bir tut yarpağı

Heç tut yarpağına diqqət yetirmisiniizmi? Damar-damar biçilmiş və insan əlinə oxşayan bu yarpaqları nə qədər canlı yeyir, bilirsinizmi? Onu da bilirsinizmi ki, bu yarpağı yeyən hər canlı onu müxtəlif şəkillərə dəyişir, enerjiyə çevirir.

Tut yarpağını inək yeyəndə südü çoxalır, quzu yeyəndə tez böyüyür, ətə-qana dolur, at yeyəndə dizlərinə güc gəlir...

İpək qurdu isə tut yarpağını yeyib ondan barama düzəldir. Baramadan isə ipək hazırlanır. Bilirsiniz ki, hələ qədimdən bəri ipək ən zərif və keyfiyyətli parça materialı hesab edilir.

Bəli, elə bu dünya da həmin o tut yarpağı kimidir, fərqli olansa biz insanlarıq, hərəmiz bu dünyanın bir tərəfindən yeyib onu müxtəlif şəkillərə çeviririk.

Sən bu dünyanı hansı şəkildən hansı şəklə çevirirsən, bu dünyadan nə alır, bu dünyaya nə verirsən, bu haqda düşündünmü?


Bir udum hekayə

Təsəlli

Kasıb bir adam uzaq bir şəhərə səfərə çıxır. Yolu gah dağdan, gah meşədən, gah da səhradan keçir. Əynində əməlli-başlı geyimi, başında papağı, ayağında ayaqqabısı olmadığı üçün yollarda çox əziyyət çəkir. Ayağının altını daş-kəsək əzir, tikan batıb qanadır, isti qumlar yandırır. Bəzən istidən ayağı elə yanır ki, kölgəlik yer tapan kimi orada oturur, ayaqlarını qucağına alıb ufuldayırdı. Elə bil dünyanın dərd-səri onun başına yağırdı. Taleyindən gileylənirdi, bu qədər kasıb olduğu üçün ata-babasını qınayır, özünə söyürdü: Sən də özünü adam hesab edirsən? Bir tikə çörək üçün ev-eşiyini buraxıb düşmüsən yollara. Sənin tay-tuşun dəvə karvanı ilə səfərə çıxır, sən isə at demirəm, heç bir ulaq da tapmırsan ki, ayağını yerdən götürə. Ayağına geyməyə çarığın olmadığından barmaqların şişib kötüyə dönüb. Qarnın çörəkdən doymur, gözün yuxudan. Paltarlarına yamaq üstündən yamaq vurursan. Ehtiyacının birini tapanda ikisini tapmırsan. Allah-Təala da elə bil ki, mərhəmətini səndən kəsib. Eşşək eşşəkdir, onun da anadangəlmə ayağında ayaqqabı əvəzinə möhkəm bir papışı olur ki, istidə, soyuqda əziyyət çəkməsin, sən bədbəxtdə heç o da yoxdur.

Yolçu beləcə taleyindən gileylənə-gileylənə gəlib bir kəndə yetişir. Kəndin girəcəyində görür ki, yekə bir daşın üstündə bir nəfər oturub, gəlib-gedənlərə tamaşa edir. Diqqət edib görür ki, onun qıçlarının ikisi də dizdən yuxarı kəsilibdir. Yel vuranda şalvarının boş balaqları havada yellənir. Daşın dibinə isə bir cüt çarıq qoyulub. Yolçu o adamı görən kimi qeyri-ixtiyari olaraq əlini cibinə salır ki, bir şey çıxarıb versin. Amma əlinə bir şey keçmir. O cib nə zaman pul görmüşdü ki? Amma hər dəfəkindən fərqli olaraq bu dəfə onun kefi pozulmadı. Bayaqdan bəri başında dolaşan o qara fikirlər çəkilib getmiş, yerini daha xoş, nikbin düşüncələrə vermişdi. Yolçu bu qədər naşükür olduğu üçün özünü qınamağa başladı: "Sən bir çarıq üzündən sənə bu qədər neməti verən Allaha üsyan edə bilirsən, amma heç düşünmürsən ki, bu yazığın qotazlı çarığı olsa da, o çarığı geyməyə ayaqları yoxdur. Özünə gəl, ağlını başına yığ. Bəs sən ayaqları kəsilmiş o adamın yerində olsan, neylərdin?"

Yolçu kəndin çıxışındakı bulaqda yaxşıca yuyundu, bir kənarda oturub dincini aldı və qalxıb yoluna davam elədi. Artıq ayaqları əvvəlki kimi ağrımırdı.


Bir aşiq, qumru kimi...

Bir çox oxucumuz Raci Alkır adını, bəlkə də ilk dəfə eşidir. 2011-ci ildə 78 yaşında dünyasını dəyişmiş bu könül insanı hər yönü ilə bizə doğma olan gözəlim Ərzurumun qumru kimi hər oxusunda Allah-Allah deyib inləyən son ustadlarından biri idi. Anadoluda bu cür sənətkarlara ozan deyirlər. Amma adına nə deyirlər-desinlər, onların yazdıqları birbaşa insanın könlündə əks-səda verir, duyğunun, düşüncənin, əxlaqın formalaşmasında mühüm rol oynayır. Bu gün Türkiyənin hər guşəsində Raci Alkırın onlarla şeiri xalq arasında dillərdə dolaşır, məclislərdə oxunur, dinləyən könül əhlidirsə, gözlərindən yaş gətirir. Racinin duyğuları ilə yazıya, bəstəyə dolmuş "Aya bax, necə gedir", "Dün gecə yar xanəsinə", "Məni sorma mənə, mən mən deyiləm", "Can bula cananını", "Köç-küç oldu, köçlər yola düzüldü", "Hanı yaylam, hanı sənin əzəlin", "Qədəm bastı könül taxtı", "Tutam yar əlindən", "Vardım eşiyinə, üzümü sürdüm" türküləri hər ozanın bütün duyğularını dilləndirərək söylədiyi könül bəstələridir. Özü də Raci şeirə hansı qapıdan girir-girsin, varacağı ünvan, üz tutacağı, alnını qoyacağı məkan Haqqın dərgahıdır. Raci üçün bütün yollar Haqqın dərgahına gedir.

Yazı üslubu da, vəzni də, işlətdiyi sözlər də bizə çox yaxın, çox tanışdır. Ədəbiyyat tariximizdən danışanda təkcə Nəsimi, Füzuli, Vaqif, Şəhriyar deyib keçməyin, Raci Alkır da elə onlar qədər bizimdir. Söz götürənin, oxuyanındır deyib ulularımız. Görün bu duyğular, bu könül çırpıntısı nə qədər doğma, nə qədər əzizdir hər birimizə.

Seyr eylə gözəl qüdrəti-Mövla...

Raci Alkır (Ərzurum)

Seyr eylə gözəl qüdrəti-Mövla nələr eylər,

Allaha sığın ədli-Taala nələr eylər.

Canana könül verəli mən candan usandım,

Həm düşəlibən dərdimə, dərmandan usandım.

Meyl eyləməzəm qeyrisinə tövbələr olsun,

Viranə üçün etdiyim üsyandan usandım.

Pərvanə kimi yanmağı istər dəli könlüm,

Hər şamu səhər ah ilə əfqandan usandım.

Qalmadı firaq giryəsinə, sonra məcalim

Vüslət dilərəm yarimə, hicrandan usandım.

Əşk ilə ənis oldu könül, keçdi sivadan,

Mən söhbəti-nas, ülfəti-yarandan usandım.

Çün zərrə vəfa bulmadım ixvani-zamandan,

Şol yüzləri dost, özləri düşmandan usandım.

Quddusiyə vəhşət gəlibən cümlə sivadan,

Der hər nə ki əğyar var isa, andan usandım.

Oxundu 1084