
Xəbər verdiyimiz kimi, tanınmış türkiyəli jurnalist Rasim Ozan Kütahyalı qeyri-qanuni mərc oyunlarının təşkilində təqsirləndirilərək saxlanılıb. Türkiyə mətbuatında jurnalistin ifadəsi yayılıb.
Yeniavaz.com xəbər verir ki, Kütahyalı barəsindəki ittihamları qəbul etməyib.
“Bu pullar mənim alacaqlarıma görə göndərilən pullardır. Mənim bu ittihamla əlaqəm yoxdur”, - jurnalist ifadəsində bildirib.
Qeyd edək ki, aparılan istintaq çərçivəsində qeyri-qanuni mərc oyunlarının təşkili, dələduzluq, rüşvətxorluq və çirkli pulların yuyulması ilə məşğul olmaqda şübhəli bilinən 200 nəfərin saxlanılması üçün 21 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.
Maliyyə Cinayətlərinin İstintaq Şurasının (MASAK) hesabatları, texniki və fiziki nəzarət nəticəsində əldə edilən sübutlarla birlikdə maliyyə sistemi daxilində təxminən 100 milyard türk lirəsi və 2 milyard ABŞ dolları məbləğində cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulduğunu ortaya çıxarıb.
Tətbiqimizi yükləyə bilərsiniz