
Tanınmış türkiyəli jurnalist Rasim Ozan Kütahyalı saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Bildirilir ki, Kütahyalı qeyri-qanuni mərc oyunlarının təşkilində təqsirləndirilir.
“Adana Respublika Prokurorluğunda aparılan istintaq çərçivəsində qeyri-qanuni mərc oyunlarının təşkili, dələduzluq, rüşvətxorluq və çirkli pulların yuyulması ilə məşğul olmaqda şübhəli bilinən 200 nəfərin saxlanılması üçün 21 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.
Maliyyə Cinayətlərinin İstintaq Şurasının (MASAK) hesabatları, texniki və fiziki nəzarət nəticəsində əldə edilən sübutlarla birlikdə maliyyə sistemi daxilində təxminən 100 milyard TL və 2 milyard ABŞ dolları məbləğində cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulduğunu ortaya çıxarıb”, - Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz