
Xəbər verdiyimiz kimi, Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundova qarşı cinayət işi başlanılması barədə məlumat yayılıb.
Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, federasiya prezidenti barəsində artıq qərar qəbul edilib.
Bildirilir ki, Bakı Hərbi Məhkəməsinin qərarı ilə Zaur Axundov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib:
“Hakim təqsirləndirilən şəxsin daimi yaşayış yerinin olması, istintaqdan yayınma ehtimalının real görünməməsi səbəbindən prokurorun təqdimatını təmin edib”.
Qeyd edək ki, Zaur Axundovun Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir. Məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Tətbiqimizi yükləyə bilərsiniz