
Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundovun cinayət məsuliyyətinə cəlb edildiyi deyilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, Zaur Axundov xüsusilə külli miqdarda mənimsəmədə (CM-nin 179.4) ittiham edilir:
“Cinayət işi üzrə istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparır. Hələlik onunla bağlı məhkəmə qərarı yoxdur”.
Qeyd edilib ki, Zaur Axundovun “Araz-Naxçıvan” futbol klubunun prezidenti olan qardaşı Ramin Axundov da bir müddət əvvəl cinayət məsuliyyətinə cəlb edilib. R.Axundov 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı ittiham edilir. O, istintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa verilib. Həmin iş üzrə “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”nın sahibi Ruslan Eyyubov, limanın direktoru Rəşad Daşdəmirov və başqaları həbs edilib.
Tətbiqimizi yükləyə bilərsiniz