Venesuela Kolumbiya ilə diplomatik münasibətləri kəsib


Venesuela lideri Nikolas Maduro bildirib ki, onun ölkəsi Kolumbiya ilə diplomatik və siyasi münasibətləri kəsir.

Venesuela prezidenti bu qərarı uzun müddət düşündükdən sonra atdığını deyib.

"Mən uzun müddət Kolumbiya xalqına görə dözürdüm, hansı ki, nümayəndələri bizim aramızda yaşayır", - deyə Maduro bildirib.

O, kolumbiyalı həmkarı İvan Dukeni "iblis bədənli" adlandırıb.

Venesuela prezidenti bu gün həmçinin Karakasda ona dəstək verən tərəfdarları qarşısına çıxıb. Maduro çıxışını "Twitterdə" özü yayımlayıb.

Ötən gün Venesuela-Braziliya sərhədinin 15 kilometrliyindəki Santa Elena de Uairen şəhərində hərbçilərlə sakinlər arasında toqquşma baş verib. (Report)

DİGƏR XƏBƏRLƏR

Top