Yevlax sakini müasir silahın sxemini hazırlayıb


Yevlaxda 48 yaşlı mühəndis müasir silahın sxemi hazırlayıb. Yeniavaz.com xəbər verir ki, Yevlaxın Aşağı Qarxun kəndində yaşayan Vüqar Abdullayev uzun illərdir üzərində çalışdığı ixtiranın sxemini bir neçə müddət əvvəl tamamlıyıb. Hərbi Optik Lazer şifrə Ol-1 adlanan qurğu 2 nəsildən ibarətdir. Yevlax sakinin hazırladığı silah 5 km-lik məsafədən canlı və texnikanı məhv etmə gücünə malikdir. Bir sıra özəllikləri ilə seçiləcək yeni məhv etmə qurğusu ixtiraçının fikirncə dünyada bir ilkdir.
35-50 kq çəkiyə malik olacaq yeni silah, hərbi texnikalara quraşdırılmaqla yanaşı, iki əsgərin rahat hərəkət etdirə biləcəyi ağırlıqda olacaq. İxtiraçı nanotexnologiya əsasında hazırlanacaq silahın hazırlanmasının maddi dəstəyə ehtiyac olduğunu deyir.
Vüqar Abdullayev hazırladığı silah sxemini  AMEA-ya və digər adiyyatı qurumlara təqdim edib. İxtiraçıya bildirlib ki,onun layihəsinin tanınmasına ehtiyac var. Yevlax sakini bunun üçün dövlət dəstəyinə ehtiyac duyur.
Esmira Hidayətova,Yevlax

DİGƏR XƏBƏRLƏR

Top