BDU-nun hüquq fakültəsinin tələbəsi itkin düşüb - FOTO


Goranboy rayon sakini itkin düşüb. Yeniavaz.com xəbər verir ki, Goranboy rayonun Qaraçinar kəndində yaşayan Mais Qurbanov Fevralın 17-də tətil bitdiyindən paytaxta qayıtmağa qərar verib. Gənc oğlan atasına Gəncəyə gedib oradan Bakıya gedəcəyini bildirib. Günorta saatlarında yaxınları Maisə zəng vursalarda ona zəng çatmayıb. Həmin tarixdən BDU-nun hüquq fakultəsinin 1-ci kurs tələbəsindən xəbər yoxdur. Babası Xəqani Qurbanov itkin düşən Mais Qurbanovun 667 balla ali məktəbə qəbul olduğunu bildirdi.

Oxuduğu müddət ərzində 3 dəfə yaşadığı Goranboya gəlib qayıtsada, sonuncu dəfə paytaxata getməyib. Yaxınları ondan xəbər tuta bilmədiklərindən narahatdılar.

Tələbənin itkin düşməsi ilə bağlı Goranboy rayon Polis Şöbəsinə müraciət edilib. Onu görənlərdən yaxud M.Qurbanov haqqında məlumatı olanlardan 051-327 -22-32 və 051-572-01-54 telefon nömrələrinə zəng etmələri xahiş olunur. Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top