47 il həbs olunacağını eşidən şübhəli vəkilini döydü - VİDEO


ABŞ-da şübhəli şəxs davam edən məhkəmə iclası zamanı 47 il həbs cəzası aldığını eşidəndə zaldakı vəkilinə hücum edib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ABŞ-ın Ohayo ştatındakı məhkəmə salonlarının birində baş verib. Görüntülərdə 47 il həbs cəzası aldığını eşidən şübhəlinin dərhal yanındakı vəkilinə hücum etdiyi görünür. Hücum nəticəsində vəkil xəstəxanalıq olur, onun burnu qırılır və digər xəsarətlər alır. Bildirilir ki, şübhəli uyğun şəkildə qandallanmadığına görə vəkilinə hücum edə bilib. Şübhəli iki ildir həbsxanada yatır, o ailədaxili zorakılıq, qəsdən yanğın törətmək və heyvana zülm vermək kim müxtəlif cinayətlərə görə ittiham edilir.

 

DİGƏR XƏBƏRLƏR

Top