Ələt-Astara yolunda 3 maşının iştirakıyla ağır qəza - ÖLƏN VAR

Masallı rayonunda zəncirvari yol qəzası baş verib.

Hadisə Ələt -Astara magistralının Alvadı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Cəlilabad rayon sakini, 1973-cü il təvəllüdlü Məlik Bəylər oğlu Məlikovun idarə etdiyi avtomobil Biləsuvar rayon sakini, 1954-cü il təvəllüdlü Rafik Süleyman oğlu İsmayılovun idarə etdiyi və Biləsuvar-Astara marşrutu üzrə hərəkət edən mikroavtobusla və Cəlilabad rayon sakini, 1949-cu il təvəllüdlü Adışirin Aslan oğlu Ağayevin idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə sonuncusu hadisə yerində ölüb. 

Digər sürücülər və mikroavtobusda olan Masallı rayon sakini, 1961-ci il təvəllüdlü Mətanət Hüseynbala qızı Əliyeva, Cəlilabad rayon sakini, 1987-ci il təvəllüdlü Ruslan Əlifağa oğlu Nuruşov və Biləsuvar rayon sakini, 1987-ci il təvəllüdlü Kənan Fizuli oğlu Həsənzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır. (report)

DİGƏR XƏBƏRLƏR

Top