Azərbaycanda bazar günü hava necə olacaq?


Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevralın 24-də gözlənilən hava şəraitini açıqlayıb.

Milli Hidrometeorologiya Departamentindən Yeniavaz.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top