İtkin düşmüş şəxsin meyiti tapıldı - Şəmkirdə


Ötən gün Şəmkirdə itkin düşmüş şəxsin meyiti tapılıb. 

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, fevralın 22-də gecə saatlarında “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1961-ci il təvəllüdlü Hüseynov Firudin Əli oğlu Şəmkir rayonunun Aşağı Seyfəli kəndində dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunub. 

Axtarış işləri nəticəsində F.Hüseynovun meyiti tapılıb.

DİGƏR XƏBƏRLƏR

Top