Azərbaycanlı jurnalist Fuad Abbasov "Youtube"dan izləyicilərinə müraciət edib. Yeniavaz.com xəbər verir ki, dünənki paylaşımından sonra insanların narahatlığını nəzərə alan jurnalist hələ ki, heç bir problemi olmadığını, bazar günü hər kəsi canlı yayıma qoşulmağa çağırıb.
"Mən artıq evdəyəm. Hər hansı problemim yoxdur. Heç kimin heç nədən narahat olmasını istəmirəm. Yanımda azərbaycanlı dostlarım var. Narahat olmayın. Çox sağolsunlar, qardaşlar yanımdadılar. Narahatçılıq verdiyim üçün hər kəsdən üzr istəyirəm. Əsas onu demək istəyirəm ki, hər şey qaydasındadır. Bazar günü canlı yayımımızda hər şeyə aydınlıq gətirəcəyik. Hər kəsi bazar günü canlı yayımda gözləyirəm. Bütün baş verən proseslər Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində baş verir".