Yeni ailə quran gənc azərbaycanlı yazar QƏFİL dünyasını dəyişdi - FOTO


Gənc yazar Kamran Su (Kamran Rüstəmov) vəfat edib.

Yeniavaz.com 
xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumatlar yayılıb.

Dostları gənc yazarın ürək problemi olduğunu, infarktdan öldüyünü yazıblar. 

27 yaşlı Kamran yeni ailə qurmuşdu. 

Son illər Tiflisdə yaşayırdı. Gürcüstana köçənə qədər Bakıda müxtəlif xəbər portallarında mədəniyyətdən, əsasən kinodan yazırdı. 

Fərqli düşüncəyə sahib Kamran Su yazılarını şəxsi bloqunda paylaşırdı.

DİGƏR XƏBƏRLƏR

Top