İranda Azərbaycan dilində qəzet çıxacaq


İranlı millət vəkili Nadir Qazipur təxminən 40 milyon azərbaycanlının yaşadığı ölkədə Azərbaycan dilində qəzet cıxarılaçağını bildirib.
Yeniavaz.com “Hürriyet”-ə istinadla xəbər verir ki, İran dövlət televiziyasına müsahibəsində azərbaycanlı millət vəkili Qazipur Mədəniyyət və İrşad Naziri Abbas Salehin ölkədə tamamilə Azərbaycan dilində qəzetin nəşr olunmasına razılıq verdiyni bildirib.
Nadir Qazipur həmçinin Qərbi Azərbaycanda yayımlanan televiziya kanalının da Azərbaycan dilində yayımlanmasını tələb edib.
Qeyd edək ki, iran əhalisinin 35 faizini azərbaycanlılar təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top