Lukaşenko: “Belarusu nə Polşaya, nə də Rusiyaya vermərəm”


Müstəqil dövlətin yaradılması belarusların başlıca nailiyyətidir. Bunu hərbi akademiyaya səfəri zamanı Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Suverenlik və müstəqillik bu gün malik olduğumuz ən böyük nailiyyətdir. Mən fəxr edirəm və şadam ki, bu suveren ölkənin ilk prezidentiyəm. Birlikdə qurduğumuz ən böyük nailiyyətimizdir”, - Belarus dövlətinin başçısı bildirib.

Belarusun suverenliyinə təhdidlərlə bağlı şayiələri şərh edərkən, Lukaşenko deyib ki, təşəkkül tapması üçün özünün bu qədər əziyyət sərf etdiyi müstəqil dövləti “dəfn” edə bilməz: “Siz bunu öz əllərinizlə hər hansı ölkənin – istər Polşanın, istərsə də Rusiyanın tərkibinə daxil etməklə dəfn edərdinizmi?”

Belarus liderinin sözlərinə görə, onun “adlaya bilməyəcəyi dəqiq sərhədlər” var.

Qeyd edək ki, dünən NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Belarusu müharibə gözlədiyini bildirib, belə ki, Rusiya bu ölkəni “özünə birləşdirmək istəyir”. Bu ssenariyə yol verməmək üçün, onun fikrincə, Minsk islahatlara başlamalıdır. (Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top