Ekvadorun şərqində 7,7 bal gücündə güclü zəlzələ baş verib.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ Geoloji Xidmətinin məlumatında deyilir. Yeraltı təkanlar Ekvadorun Palora şəhərindən 132 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələ ocağı yerin 152 kilometrliyində olub. Ölən və dağıntılar barədə hələ məlumat verilməyib.
Clear P wave recording of the #Ecuador #earthquake on @TTremblingEarth's @raspishake. A small depth phase is also visible, confirming the significant depth of this event pic.twitter.com/pxzGpxWsd0
— Baptiste Gombert (@BaptisteGomb) 22 Şubat 2019