İsrail Aya kosmik gəmi göndərdi – dördüncü ölkə olacaq


İsrail Aya insansız kosmik raket daşıyıcısı göndərib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, “Space X” şirkətinin “Falcon-9” raketi ilə ABŞ-ın Florida ştatındakı bazadan kosmosa buraxılan “Beresheet” adlı raket daşıyıcısının səyahəti 1 həftə davam edəcək. Kosmik gəminin aprelin 11-də Aya enməsi gözlənilir. İsrail ABŞ, Rusiya və Çindən sonra Aya kosmik vasitə endirən dördüncü ölkə olacaq. Missiya uğurlu alınarsa, “Beresheet” eyni zamanda özəl şirkət tərəfindən başqa göy cismində göndərilən ilk kosmik vasitə ünvanını da qazanacaq.

DİGƏR XƏBƏRLƏR

Top