Tanınmış aparıcı: Könül Xasıyeva bunların ümidinə qalmamalıdır - VİDEO

Sosial şəbəkələrdə müğənni Mətanət Əsədovanın doğum günü məclisində Xalq artisti Könül Xasıyevaya “şabaş” verməsi etiraza səbəb olub.

Yeniavaz.com xəbər verir ki, etirazlarla bağlı teleaparıcı və səyyah Azər Qərib də münasibət bildirib. O,  “Facebook” hesabında xoşagəlməz görüntüləri tənqid edən post paylaşıb.   

“İnsanlar var ki, xeyriyyəçiliyə milyonlar xərcləyirlər. Bir şərtlə ki, adları heç yerdə qeyd olunmasın, “inkoqnito” qaydasında. Bunlar isə… Özlərini kişi adlandıranlar da var orada, özünü xanım adlandıran da. Azərbaycanın muğam sənətinin parlaq nümayəndələrindən olan Könül Xasıyevanı belə alçaltmaq?!

Bu video cəmiyətimizin ümumi mədəni səviyyəsini nümayiş etdirir.

Səviyyəsizlərin səviyyə formalaşdırmaq cəhdləri... Könül Xasıyeva bunların ümidinə qalmamalıdır...”

Qeyd edək ki, bu həftə Mətanət Əsədova özünə ad günü məclisi təşkil edib. Bir çox sənətçilərin qatıldığı gecədə xalq artisti Könül Xasıyeva iştirak edib. Mahnı oxuyan xanəndəyə qonaqlar “şabaş” verib. Kimi Xasıyevaya 100 dollar, kimi isə 100-200 manat bağışlayıb. Videoda pulları ovcunda saxlayan Könül Xasıyevanın kövrəldiyi və utandığı aydın sezilib. O, bütün bunlara rəğmən, ifasını davam etdirib.

DİGƏR XƏBƏRLƏR

Top