Sumqayıtda 42 nəfərin yaralandığı dəhşətli qəzanın baş verdiyi an - VİDEO


Sumqayıtda marşrut avtobusunun dəhşətli qəza anı müşahidə kamerasına düşüb.

Yeniavaz.com baku.ws istinadən xəbər verir ki, ətrafdakı obyektlərdən birinin kamerasına düşən görüntüdə qəzanın baş verdiyi an görünür. Hadisə zamanı 42 nəfər yaralanıb. 
Xatırladaq ki, fevralın 21-də hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.
Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.
Hadisə nəticəsində 42 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top