Astarada 6 kiloqrama yaxın narkotik vasitə aşkarlandı


Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri zamanı 5,7 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının rayonun Sərək kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin kənd sakini Fərhad Əliyev 29 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən cinayət başında saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə keçirilən baxış zamanı yaşayış evinin saxlanc kimi istifadə etdiyi otağından çəkisi 5 kiloqram olan qurudulmuş marixuana, həmçinin evin həyətində torpağa basıdırılmış 2 ədəd 3 litlik bankadan ümumi təmiz çəkisi 548 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top