Xuan Quaido ilk “prezident” fərmanını imzalayıb

Venesuelanın müxalifət lideri Xuan Quaido ilk “prezident” fərmanını imzalayıb.

Quaido sənədin elektron surətini öz “Twitter” səhifəsində paylaşıb.

Beynəlxalq humanitar yardımın Venesuelaya girişinə icazə verən fərman fevralın 21-də imzalanıb.

“Bolivarian silahlı qüvvələrinin ali baş komandanı olaraq, növbəti dəfə Venesuelaya humanitar yardımın girişinə icazə verdiyimi təsdiq edirəm və bunun yerinə yetirilməsi üçün müvafiq addımların atılmasını əmr edirəm”, - deyə siyasətçi sosial şəbəkədə yazıb.

Quaido “qardaş Braziliya” ilə sərhədin açılmasına və Niderland Krallığı, həmçinin, Aruba, Kürasao və Bonayre adalarının hökumətləri ilə diplomatik münasibətlərin qorunub-saxlanılmasına göstəriş verib.


(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top