Sumqayıtda avtobus qəzasında yaralananların vəziyyəti: 6 nəfər hələ reanimasiyada


Sumqayıtda marşrut avtobusunun minik avtobusu ilə toqquşması nəticəsində xəsarət alanlardan 19 nəfəri Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında stasionar müalicə alır.

Yeniavaz.com xəbər verir ki, bu barədə trend-ə açıqlamasında xəstəxananın baş həkimi Rauf Sadıqov deyib.

Baş həkim bildirib ki, xəstəxanada müalicə olunanlardan 6 nəfər reanimasiya şöbəsində, 13 nəfər isə palata şəraitində müalicə olunur: "Reanimasiyaya yerləşdirilən 6 xəstənin vəziyyəti orta ağırdır, həyati təhlükə gözlənilmir. Bu gün həmin xəstələr də palataya köçürüləcək. Palata şəraitində müalicə olunanlardan 5 nəfər bu gün ambulator müalicəyə buraxılacaq".

Xatırladaq ki, fevralın 21-də hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.

Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.

Hadisə nəticəsində 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilirb.

DİGƏR XƏBƏRLƏR

Top