Sumqayıtda yaralılar arasında hamilə qadın var - Doğum şöbəsinə alınıb


Sumqayıtda marşrut avtobusunun qəzaya uğraması nəticəsində 30 nəfər yaralı xəstəxanaya müraciət edib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Onun sözlərinə görə, yaralılardan bir neçəsi artıq evə buraxılıb. Hazırda tibb müəssisəsində 19 nəfər yaralı qalıb. 

Onlardan 7-si cərrahiyə şöbəsində, 6-sı reanimasiyadadır. Bir nəfər hamilə qadın isə doğum şöbəsinə yerləşdirilib. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top