Sərhəddə əməliyyat: beş əcnəbi tutuldu

DSX əməkdaşları beş Şri-Lanka vətəndaşının dövlət sərhədini pozma cəhdinin qarşısını alıblar. 

Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

Məlumatda bildirilir ki, fevralın 17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq, Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd edərkən Şri-Lanka vətəndaşları 1991-ci il təvəllüdlü Micheal Fernando Romos, 1995-ci il təvəllüdlü Senrobert Roniksan, 1992-ci il təvəllüdlü Navaratnam Kajamugan, 1994-cü il təvəllüdlü Anton Mariyadas Pilipraj və 1995-ci il təvəllüdlü Penad Mohanraj Mathusan sərhəd pozucusu qismində saxlanılıb.

axlanılan şəxslərin 2018-ci il dekabrın 16-da rəsmi qaydada Birləşmiş Ərəb Əmirliklərindən Sarja-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmələri müəyyən olunub. Araşdırma zamanı Şri-Lanka vətəndaşları dövlət sərhədini pozaraq, İran İslam Respublikasına, oradan isə Türkiyəyə keçmək niyyətində olduqlarını bildiriblər.

Sərhəd pozucuları barəsində cinayət işi başlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top