Çavuşoğlu: Türkiyə Kipr ətrafında 2 gəmiylə qazma işlərinə başlayacaq


"Qarşıdakı günlərdə Kipr ətrafında iki gəminin vasitəsilə qazma işlərinə başlayırıq".
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib: “O bölgəyə uzaqdan gələnlər və onların şirkətləri həmin bölgədə bizsiz heç bir şey edilməyəcəyini görsünlər”.
M.Çavuşoğlu qeyd edib ki, Aralıq dənizində Türkiyə olmadan heç bir şey edilə bilməz: “Buna icazə verməyəcəyik”.
Xatırladaq ki, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti Kipr ətrafında təbii ehtiyatlar məsələsində yunan tərəfinin təktərəfli fəaliyyətlərinə qarşı çıxır və bütün adanın bu ehtiyatlar üzərində haqqının olduğunu ifadə edir.
Türkiyə bu çərçivədə beynəlxalq şirkətlərin Kiprin yunan tərəfi ilə birlikdə təktərəfli olaraq bu təbii ehtiyatlar məsələsində fəaliyyət göstərməsinin əleyhinədir.

DİGƏR XƏBƏRLƏR

Top