Türkiyə hökuməti Diyarbəkirdəki erməni kilsələrini təmir edir - VİDEO


Türkiyənin Diyarbəkir şəhərində yerləşən və ermənilərə məxsus olan "Surp Kirakos", "Mar Petyun Keldani" kilsələri təmir ediləcək. Yeniavaz.com Türkiyənin "Anadolu Agentliyi"nə istinadən bildirir ki, təmir işləri dövlət büdcəsi hesabına həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, 1376-cı ildə inşa olunduğu bildirilən və Yaxın Şərqin ən böyük kilsələrindən biri olan "Surp Kirakos" kilsəsi 1980-ci illərdən sonra istifadəsiz qalıb. 2011-ci ildə bu kilsə Türkiyədəki ermənilər tərəfindən 3 milyon dollar xərclənilərək təmir olunub. Yenidən istifadəyə verilən kilsənin üzərinə Moskvada xüsusi sifarişlə hazırlanan 100 kiloqram ağırlığında " kilsə zəngi" də yerləşdirilib. 2015-ci ildə PKK terrorçuları kilsədə gizlənərək Türk ordusuna qarşı atəş açıblar. Baş verən atışma zamanı kilsə yenidən dağıntılara məruz qalıb.
Ətraflı bu linkdə: https://www.aa.com.tr/tr/turkiye/teroristlerin-tahrip-ettigi-cemaat-kiliselerini-devlet-restore-ediyor/1397805?fbclid=IwAR2yiDTWQQYxGVJ8KoLYqgYRwhiVpups4abdrDDEr53U_Tklbag_0y-9rQQ

 

DİGƏR XƏBƏRLƏR

Top