Çeçenlərlə azərbaycanlılar arasında davada saxlanılan bloger terrorçuluqda şübhəli bilinir


Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvadakı “Neolit” kafesi yaxınlığında kütləvi davada iştirak etmək şübhəsi üzrə daha əvvəl saxlanılmış bloger Əlibəy Mirzəbəyovu terror fəaliyyətində şübhəli qismində dindirib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu onun vəkili Şamil Yandarbayev deyib. Vəkilin sözlərinə görə, FTX-nın müstəntiqləri Ə. Mirzəbəyovu bütün gecə dindiriblər: “Hüquqlarını müdafiə etdiyim şəxs ona qarşı olan bütün şübhələri inkar edir”.
Xatırladaq ki, fevralın 14-də “Neolit” kafesi ətrafında azərbaycanlılarla çeçenlər arasında dava düşüb. Nəticədə bir nəfər xəstəxanaya yerləşdirilib. Polis insidentdə iştirak etdiklərinə görə 20-dən çox adamı saxlayıb. Onlardan biri həbs olunub, digəri isə ev həbsinə məhkum edilib, daha ikisi isə azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top