Rusiyada Ayda araşdırma aparacaq


Rusiya Ay missiyasına qayıdaraq 2031-ci ildən 2035-ci ilə qədər Ayda axtatışlar aparmağa planlaşdırır.

Sovet İttifaqı dövründə başlanan Ayla bağlı tədqiqatlarda böyük gecikmə olsa da 2031-ci ildən ciddi işlərə başlanılacağı gözlənilir.

Yeniavaz.com chip.az-a istinadən bildirir ki, Amerikanın və Çinin Ayla bağlı araşdırma planlarının ardınca Rusiyanın da bu məsələ ilə əlaqədar gördüyü işlərin detalları ortaya çıxdı.

Beləki, 2031 və 2035-ci illərdə Rusiyanın  Aya avtonom kosmos vasitələri göndərəcək və kosmonavtlar Ayda kəşfiyyat işləri aparacaqlar. Bu məqsədlə iki fərqli plan hazırlanır. 2021-ci ildən başlayaraq 2030-cu ildə sona çatması gözlənilən uçuşlarda cəmi 4 planlaşdırılan avtonom kosmik gəmidən istifadə olunması gözlənilir. Bunlardan biri Luna-30 ilə kosmonavtların  uçuşlar təmin ediləcək. Luna-31 ilə isə kəşfiyyat üçün lazımi avadanlıqlarını daşıması həyata keçiriləcək. Luna-32 ilə Ayda quraşdırılacaq sistemlər üçün 6 tondan çox material nəql ediləcək. Bununla yanaşı, Luna-30 da çəki həcmi 5 ton olacaq. Qarşılıqlı bağlantıların yaradılması Luna-33 ilə həyata keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top