Agentlik sədri vətəndaşı canlı yayımda işə dəvət etdi - Sənədlərini hazırla


“ASAN xidmət”in bu il açılacaq yeni mərkəzlərində çalışmaq istəyən həmin bölgələrin sakinləri indidən sənədlərini hazırlamalıdırlar”.

Bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN Radio"nun "QəbuldASAN" proqramında deyib.

Onun sözlərinə görə, söhbət “ASAN xidmət”in açılacağı bölgələrdə yaşayan gənclərin işə qəbul olunmasından gedir: “Çünki bu həm də yeni iş yerinin açılması deməkdir. Ona görə də işə qəbulla bağlı gənclərin sənədlərini indidən toplamasını xahiş edirəm. Biz və Dövlət İmtahan Mərkəzi (DİM) işə qəbulla bağlı elanı ictimaiyyətə təqdim edəcəyik”.

Ü.Mehdiyev həmçinin canlı yayımda “ASAN xidmət”in Balakən rayonunda açılacaq mərkəzində işləmək üçün müraciət edən Qabil Mustafayevi məmnuniyyətlə işə qəbul edəcəyini bildirib. O, Balakən sakinini məmnuniyyətlə işə dəvət etdiyini və vakansiya elan olunan kimi sənədlərini təqdim etməyini istəyib.

Qeyd edək ki, bu il ərzində Şamaxı, Kürdəmir, Ağcabədi, Tovuz və Balakən rayonlarında “ASAN xidmət” mərkəzləri açılacaq.(report)

DİGƏR XƏBƏRLƏR

Top