Ata musiqiyə görə oğlunu güllələdi


Türkiyənin Antalya şəhərində 75 yaşlı kişi, musiqinin səsini azaltmasını istədiyi oğlu ilə mübahisə edib və onu öldürüb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Antalyanın Qazipaşa rayonunda Fevzi S. 40 yaşlı oğlu Orxanı ov tüfəngi ilə vurub öldürüb. Hadisə şahidlərinin sözlərinə görə, ata oğluna musqinin səsini azaltmasını desə də Orxan buna məhəl qoymayıb və nəticədə yaşlı kişi oğlunu vurub.
Təcili yardım vasitəsilə xəstəxanaya aparılan Orxanı xilas etmək mümkün olmayıb. Cinayətkar kişi həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top