AKP-li namizəd: "Şərab haramdır, amma ixracını dəstəkləyirik"


“İzmir şərabını beynəlxalq markaya çevirmək istəyirəm” dediyi üçün tənqid edilən Ədalət və İnkişaf Partiyasının (AKP) İzmir Böyükşəhər Bələdiyyə sədri vəzifəsinə namizədi Nihat Zeybekci daha bir açıqlama verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, N. Zeybekci içindən gələnlərini dediyini bildirib. O vurğulayıb: “Biz hökumət olaraq bağçılığı, şərab ixracatını dəstəkləyirik. Xarici sərgilərdə iştirak edəndə dəstək veririk. Şərab haramdır. Ancaq bələdiyyə sədrliyinə namizəd qismimdə belə mübahisələrə qoşulmağım düzgün deyil. İzmirdə marka hazırlama işi olanda bunu dəstəkləyə bilərəm. Mən sözü birbaşa deyən adamam. İçimdən gələnləri dedim. Kimsə kimsəyə dini tərbiyə verməyə çalışmasın”.
Qeyd edək ki, N. Zeybekci 2013 və 2016-cı illərdə iqtisadiyyat naziri təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top