“Çelsi” Abramoviçin dövründə futbolçuların maaşına 3 milyarda yaxın pul xərcləyib


“Çelsi” futbol klubu İngiltərə premyer liqasının əsası qoyulduğu 1992/93-cü illər mövsümündən bəri oyunçuların məvaciblərinə 3 milyarddan çox funt-sterlinq xərcləyib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, rusiyalı biznesmen Roman Abramoviç “Çelsi”ni satıq aldığı 2003-cü ildən etibarən futbolçuların maaşına təxminən 2,76 milyard funt-sterlinq ödənilib. London təmsilçisi bu göstərici üzrə liderdir. İkinci yeri “Mançester Yunayted” klubu (1992/93 mövsümündən bəri təxminən 2,6 milyard funt-sterlinq) tutur. Xatırladaq ki, R. Abramoviç “Çelsi”ni 2003-cü ildə 140 milyon funt-sterlinqə əldə edib. Həmin vaxtdan etibarən “Çelsi” 5 dəfə İngiltərə çempionu adını qazanıb, ilk dəfə Çempionlar Liqasının qalibi olub, 5 dəfə İngiltərə Kubokunun, 3 dəfə Liqa Kubokunun, 2 dəfə isə İngiltərə Super Kubokunun qalibi olub.

DİGƏR XƏBƏRLƏR

Top