Məcburi köçkünlərin məskunlaşdığı evlərdə baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA


Fövqəladə Hallar Nazirliyi Sabunçuda məcburi köçkünlərin məskunlaşdığı 4 evdə baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Yeniavaz.com-a verilən məlumata görə, məcburi köçkünlərin məskunlaşdığı bir dam altında tikilmiş, ümumi sahəsi 1140 m² olan birmərtəbəli tikilinin (arakəsmələri taxta konstruksiyalardan ibarət) yanar konstruksiyaları 670 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

DİGƏR XƏBƏRLƏR

Top