Ruhaninin qardaşı məhkəmə qarşısında – Hüseyn Firidun korrupsiyada ittiham olunur


İran prezidenti Həsən Ruhaninin qardaşına qarşı korrupsiya ittihamı ilə məhkəmə araşdırması başlanıb.

Fevralın 19-da keçirilmiş prosesin ilk günündə Hüseyn Firidun və digər 6 şəxsə qarşı ittiham aktı oxunub. Onlar 2016-cı ilədək olan maliyyə pozuntularında ittiham olunurlar.

H. Firidun 2017-ci ildə həbsxanada 1 gün keçirib, sonra girov müqabilində azad olunub.

Həsən Ruhaninin qardaşına qarşı ittihamlar hələ son prezident seçkilərdən əvvəl səslənməyə başlayıb. O, yaxın qohumları il bərabər bir sıra maliyyə fırıldaqlarında şübhəli bilinir.

H.Firidun administrasiya üzvü kimi nüvə danışıqlarının iştirakçısı olub. (strateq.az)

DİGƏR XƏBƏRLƏR

Top