Rusiyalıların real gəlirləri ardıcıl 6 ildir azalır

 
2019-cu ilin yanvarında rusiyalıların real gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 1,3% azalıb. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, bu barədə Rusiya Statistika Komitəsinin məlumatında deyilir.
 
Gəlirlər 2018-ci ildə 0,2%, 2017-ci ildə 1,7%, 2016-cı ildə 5,8%, 2015-ci ildə 3,2%, 2014-cü ildə isə 0,7% aşağı düşüb. Yalnız 2013-cü ildə 0,7% həcmində artım baş verib. Bununla da əhalinin real gəlirləri ardıcıl 6 ildir azalır.
 
Rusiya İqtisadiyyat Nazirliyi hesab edir ki, əhalinin real gəlirləri üzrə 2018-ci ilin ümumi göstəricisi daha təminatlı ailələlərin gəlirləri azaldığına görə aşağı düşüb.
 

DİGƏR XƏBƏRLƏR

Top