Sağdır, amma ölmüş kimi qeydiyyatdadır - Balakən sakininin başına gələnlər - VİDEO


Balakəndə elektron imza üçün notariusa müraciət edən qadına, ölmüş kimi qeydiyyatda olduğu bildirilib. Özü də 1977-ci ildən. Halbuki, vətəndaş 2005-ci ildə şəxsiyyət vəsiqəsi üçün rəsmi orqanlara müraciət edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Xəzər TV məlumat yayıb.

 Hadisə Balakən sakininin başına gəlib. 42 ildir ki, Rəna Ağamalıyeva adlı Balakən rayon sakini ölmüş olaraq sənədlərə işlənilib. 3 uşaq anası olan Rəna Ağamalıyeva özəl bir şirkətdə mühasib işləyir. Son bir ay ərzində elektron imza almaq üçün Balakən rayon notariusuna müraciət etsə də, bu cəhdi uğursuz olub. Notariatlığın elektron sistemində bu şəxs 1977- ci ildən bu günə qədər ölü kimi qeyd olunduğu bildirilib.

2005-ci ildə şəxsiyyət vəsiqəsi almış Rəna Ağamalıyeva necə ola bilər ki, bu günə qədər bəzi hüquqi əməliyyatlar etməsinə baxmayaraq, hazırda ölmüş kimi göstərilib? Məsələ ilə bağlı araşdırmalarda məlum olub ki, 1973-ci ildə anadan olmuş və 1977-ci ildə dünyasını dəyişmiş bacısı Sevil Ağamalıyevanın əvəzinə, Rəna Ağamalıyeva ölmüş kimi qeydiyyata alınıb.

Balakən rayon qeydiyyat şöbəsindən bildirdilər ki, vətəndaşa Balakən rayon məhkəməsinə müraciət etməsi ilə bağlı hüquqi yardım göstərilib.

 

 

DİGƏR XƏBƏRLƏR

Top