Venesuelalı nazirdən Trampa cavab: cəsədlərimizin üstündən keçməlidirlər

 
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes müxalifəti dəstəkləməsi üçün orduyu təhdid edən ABŞ Prezidenti Donald Trampa cavab verib. Yeniavaz.com “Milliyet” qəzetinə istinadla xəbər verir ki, nazirin sözlərinə görə, konstitusiya və qanunlardan kənara çıxmayacaqlar, ölkə Prezidenti Nikolas Maduroya qeyd-şərtsiz bağlı qalmağa davam edəcəklər.
 
O bildirib: “Bizi tərif edən bir şey varsa, o da şərəfdir. Milli şərəf bayrağımızı daşıyırıq. Əgər bizi cəzalandırmaq istəyirlərsə, sanksiya tətbiq edə bilərlər”. Xarici hökumətdən qətiyyən əmr almayacaqlarını vurğulayan V.P. Lopes bildirib: “Ən yüksək təklifi verənə satılan muzdlu əsgərlər deyilik. Trampın əsl məqsədi Venesuelanın təbii ehtiyatlarını oğurlamaqdır. Kukla, itaətkar və vətənpərvər olmayan hökuməti hakimiyyətə gətirmək istəyirlər. Belə vəziyyətdə cəsədlərimizin üstündən keçməli olacaqlar. Tramp humanitar yardım vasitəsilə vətəndaş müharibəsi başlatmaq istəyir”. 

DİGƏR XƏBƏRLƏR

Top