Bakıda 8 yaşlı qız 18 yaşlı qardaşını bıçaqla yaralayıb


Bakıda 8 yaşlı qız 18 yaşlı qardaşını bıçaqla yaralayıb. Bu xoşagəlməz insident fevralın 17-də gecə saatlarında Xətai rayonunda baş verib.

Yeniavaz.com xəbər verir ki, Xətai rayon Polis İdarəsindən "Sputnik Azərbaycan"-a verilən məlumata görə, İnqilab İsmayılov küçəsində yerləşən evdə gecə saat 01:30 radələrində 8 yaşlı qız 18 yaşlı böyük qardaşının qarın nahiyəsinə bıçaq zərbələri endirib. Gənc ağır vəziyyətdə "Azərsutikinti" şəhər xəstəxanasına çatdırılıb.

Valideynləri bildiriblər ki, qız qardaşını istəmədən, ehtiyatsızlıq ucbatından bıçaqlayıb. Hazırda Xətai RPŞ-nın 35 nömrəli polis bölməsinin əməkdaşları cinayətin baş vermə şəraitini araşdırır.

Azərbaycanın cinayət qanunvericiliyinə əsasən, sağlamlığa qəsdən zərər vurmaya görə cinayət məsuliyyəti 14 yaşdan başlayır.

DİGƏR XƏBƏRLƏR

Top