Qubada uçuruma düşmək təhlükəsi ilə üzləşən avtomobildəki şəxslər xilas edilib - YENİLƏNİB

Fevralın 19-u gecə saatlarında Quba rayonunun Təngəaltı kəndi ərazisində qarlı yolda sürüşərək uçuruma düşmək təhlükəsi ilə üzləşən “Toyota” markalı minik avtomobilindəki şəxslər xilas edilib.

Yeniavaz.com AZƏRTAC-a istinadən xəbər verir ki, köməksiz vəziyyətdə qalan Bakı şəhər sakini Aqşin Həşimov və Xırdalan şəhər sakini Amil Əliyev avtomobildən əraziyə gələn dövlət yol polisi əməkdaşları tərəfindən çıxarılıb.

Qubaya istirahət məqsədi ilə gələn hər iki şəxs hadisə nəticəsində xəsarət almayıb.

21.51
Qubanın Təngəaltı istirahət zonasında “Prado” markalı maşın aşıb.

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, yolların buz bağlaması ilə əlaqədar olaraq avtomobilin sürücüsü idarəetməni itirib. İki nəfər - sürücü və yanındakı sərnişin köməksiz vəziyyətdə avtomobildə sıxışıb qalıb. 

Hazırda FHN Xaçmaz regional mərkəzinin xilasecidiləri həmin əraziyə gedirlər. 

Hadisə yerinə Quba rayon polis şöbəsinin əməkdaşları da cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top