Qar 4 kəndlə əlaqə kəsdi: sürücülər yolda qaldı - VİDEO


Axşam saatlarından başlayaraq şimal-qərb istiqamətində yağan güclü qar xüsusilə Qobustan, Şamaxı, İsmayıllı istiqamətində problemlər yaradıb. Şamaxının 4 kəndi ilə əlaqə kəsilib, hazırlıqsız sürücülər yolda qalıb.


Yeniavaz.com “ARB TV”yə istinadən xəbər verir ki, Şamaxıda qarın hündürlüyü 10-15, dağ kəndlərində 20-25 sm-ə çatır. Mərkəzi küçələrdə səhər saatlarında avtomobillər yolda qalıb. Rayonun Pirbəhli, Qaladərəsi, Qaleybuğurd, Keçmədin kəndləri ilə nəqliyyat əlaqəsi kəsilib.

Qar Bakı-Şamaxı-Yevlax, İsmayıllı-Muğanlı magistrallarında da çətinliklər yaradıb. Yolda qalan avtomobillərin sərnişinləri piyada yol qət etmək məcburiyyətində qalıblar. Magistralın Basqaldan keçən ərazisində gediş-gəliş daha da çətinləşib.

Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Şamaxı-Yevlax, eləcə də Muğanlı-İsmayıllı, İsmayıllı-Oğuz-Qəbələ-Şəki magistrallarının axşam saatlarında şaxta səbəbindən buz bağlaması ehtimalını nəzərə alaraq sürücülərə vacib olmadıqca yola çıxmamalarını tövsiyyə edir.

Hazırda ərazidə qarın yağması davam edir.

DİGƏR XƏBƏRLƏR

Top