Azərbaycanın bu rayonunda cəmi 3 nəfər işsiz var - Rayonların SİYAHISI


2019-cu il fevral ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 19 min 922 nəfər olub, onların 37,3 faizini qadınlar təşkil edib.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, rəsmi işsiz statusu verilən şəxslərin sayı son bir il ərzində 47,5% və ya 18 min 46 nəfər azalıb.
İşsizlik müavinətinin orta məbləği 216,7 manat olub və 2018-ci ilin eyni dövrü ilə müqayisədə 34,6% və ya 114,6 manat azalma olub. İşsizlik müavinəti alanların sayı isə son bir il ərzində 5,8 dəfə və ya 5 min 436 nəfər artıb.
Qeyd edək ki, işsiz statusuna malik insanların təxminən yarısı - 9 min 273 nəfəri Bakı şəhərinin payına düşüb və son bir il ərzində 9 min 583 nəfər azalıb.
Bakı şəhərindən sonra ən çox işsiz Sumqayıt şəhəri, Bərdə, Abşeron, Hacıqabul və Ağdam rayonunda qeydə alınıb. Sumqayıtda işsiz statusuna malik şəxslərin sayı 1114, Bərdədə 546, Hacıqabulda 632, Abşeronda 529, Ağdamda isə 690 nəfər olub.
İşsiz statusuna malik insanların ən az olduğu rayonlar arasında isə ilk yerlərdə Daşkəsən, Füzuli, Xocalı, Saatlı, Şuşa və Qobustann rayonları dayanır. Açıqlanan rəsmi məlumata görə, Daşkəsəndə 3, Füzulidə 16, Xocalıda 15, Saatlıda 22, Şuşada 22, Qobustanda isə qeydiyyatdan keçən 23 işsiz insan var.
Azərbaycanda işsiz statusuna malik insanların yaşamadığı rayonlar arasında isə Naxçıvan Muxtar Respublikasına daxil olan rayonlar yer alır. Muxtar Respublikaya daxil olan Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarında bir nəfər də olsun işsiz statusuna malik insan yoxdur.
Üç rayonda isə işsizlərə bir manat da olsun müavinət verilməyib. Bunlar Zərdab (35 işsiz), Cəlilabad (92 işsiz) və Gədəbəy (115 işsiz) rayonları olub.
Rayonlar üzrə işsiz statusu və müavinət alanların sayı:  (1 fevral 2019-cu il vəziyyətinə)
Şəhərlər və rayonlar İşsiz statusuna malik olanlar, nəfər onlardan müavinət alanlar, nəfər
Ölkə üzrə – cəmi 19 922 1 136
Bakı şəhəri – cəmi 9 273 601
Abşeron iqtisadi rayonu – cəmi 1 700 127
o cümlədən:
Xızı rayonu 57 7
Abşeron rayonu 529 48
Sumqayıt şəhəri 1 114 72
Gəncə-Qazax iqtisadi rayonu – cəmi 1 332 50
o cümlədən:
Gəncə şəhəri 427 20
Qazax rayonu 91 3
Ağstafa rayonu 75 2
Tovuz rayonu 121 2
Şəmkir rayonu 303 12
Gədəbəy rayonu 115 -
Daşkəsən rayonu 3 1
Samux rayonu 23 1
Göygöl rayonu 53 2
Goranboy rayonu 82 5
Naftalan şəhəri 39 2
Şəki-Zaqatala iqtisadi rayonu – cəmi 734 26
o cümlədən:
Balakən rayonu 124 2
Zaqatala rayonu 176 3
Qax rayonu 57 8
Şəki şəhəri 232 5
Oğuz rayonu 33 3
Qəbələ rayonu 112 5
Lənkəran iqtisadi rayonu – cəmi 888 58
o cümlədən:
Astara rayonu 85 1
Lənkəran şəhəri 436 30
Lerik rayonu 32 2
Yardımlı rayonu 32 5
Masallı rayonu 211 20
Cəlilabad rayonu 92 -
Quba-Xaçmaz iqtisadi rayonu – cəmi 908 25
o cümlədən:
Qusar rayonu 91 4
Xaçmaz rayonu 138 10
Quba rayonu 358 4
Şabran rayonu 179 4
Siyəzən rayonu 142 3
Aran iqtisadi rayonu – cəmi 3 126 125
o cümlədən:
Göyçay rayonu 179 11
Beyləqan rayonu 146 4
Ağcabədi rayonu 245 5
Bərdə rayonu 546 2
Neftçala rayonu 161 4
Biləsuvar rayonu 123 1
Salyan rayonu 93 3
Yevlax şəhəri 83 5
Mingəçevir şəhəri 329 18
Ağdaş rayonu 52 8
Ucar rayonu 42 3
Zərdab rayonu 35 -
Kürdəmir rayonu 87 1
İmişli rayonu 106 8
Saatlı rayonu 22 3
Sabirabad rayonu 48 6
Hacıqabul rayonu 632 17
Şirvan şəhəri 197 26
Yuxarı Qarabağ iqtisadi rayonu – cəmi 1 155 22
o cümlədən:
Cəbrayıl rayonu 326 10
Füzuli rayonu 16 3
Ağdam rayonu 690 2
Tərtər rayonu 56 3
Xocalı rayonu 15 1
Şuşa rayonu 22 2
Xocavənd rayonu 30 1
Xankəndi şəhəri - -
Kəlbəcər-Laçın iqtisadi rayonu – cəmi 499 79
o cümlədən:
Kəlbəcər rayonu 158 3
Laçın rayonu 110 18
Qubadlı rayonu 183 48
Zəngilan rayonu 48 10
Dağlıq Şirvan iqtisadi rayonu – cəmi 307 23
o cümlədən:
Qobustan rayonu 23 4
İsmayıllı rayonu 73 8
Ağsu rayonu 67 3
Şamaxı rayonu 144 8
Naxçıvan Muxtar Respublikası – cəmi - -

DİGƏR XƏBƏRLƏR

Top