Əcnəbilər Azərbaycanda ən çox hansı sahələrdə işləyirlər?


Ötən ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilən və müddəti uzadılan iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 5 min 48 nəfər olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, onlardan 32,1 faizi mədənçıxarma sənayesində, 30,6 faizi tikintidə, 9,9 faizi emal sənayesində, 6 faizi təhsil, 4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi və 11,4 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.
 

DİGƏR XƏBƏRLƏR

Top