"Azəriqaz" rəsmisi itkiyə gedən təbii qazın miqdarından məlumatsızdır - AÇIQLAMA


Dövlət Statistika Komitəsinə istinadla xəbər verdiyimiz kimi, ötən il ölkədə 23,2 milyard kub metr təbii qaz ehtiyatları olub, ehtiyatların 2,5 faizi (580 milyon kub metr) itkiyə gedib. Bunu təbii qazın daxili bazardakı qiymətilə (limitdən - 1700 kub metrdən artıq olduqda 20 qəpik) hesablasaq, o zaman itkiyə gedən qazın dəyəri 116 milyon manata bərabər olacaq.
Yeniavaz.com itkilər və onun səbəbləri ilə bağlı SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyindən mövqe öyrənməyə çalışıb. Birliyin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bu barədə məlumatının olmadığını bildirib: "Məndə həmin statistik məlumatlar yoxdur".
İbrahim Kərbalayevin sözlərinə görə, qaz itkisinin qarşısının alınması məqsədi ilə gündəlik olaraq iş aparılır: "Azəriqaz" tərəfindən mütəmadi olaraq qaz şəbəkəsinin yenilənməsi, korroziya olan hissələrin dəyişdirilməsi işləri görülür. Hər il təbii qazdan qanunsuz istifadənin qarşısının alınması üçün də zəruri tədbirlər həyata keçirilir".
 
 

DİGƏR XƏBƏRLƏR

Top