Bu ölkənin müxalifət lideri 216 il müddətinə azadlıqdan məhrum edildi


Nikaraqua məhkəməsi 2018-ci ildə hökumət əleyhinə etirazlarda iştirak etmiş müxalifət lideri Medardo Mayreni 216  il və 3 ay müddətinə azadlıqdan məhrum edib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, M.Mayren Nikaraquada transokean kanalının tikintisinə qarşı çıxış edən və torpaqların kəndlilərdə qalmasının tərəfdarı olan kənd hərəkatının lideridir.  Bildirilir ki, məhkəmə qərarını hakim Edqard Altamirano Lopes bağlı qapılar arxasında səsləndirib. Hökm bir sıra ittihamlar, o cümlədən terrorçuluq və qətllərin təşkil ittihamı üzrə çıxarılıb.Bundan başqa, daha iki müxalifətçi – Pedro Mena və Luis Orlando İkabalseta müvafiq olaraq 210 və 159 il azadlıqdan məhrum ediliblər. Məhkum edilənlərin hər biri həbsdə 30 il qalacaq, çünki bu müddət Nikaraqua qanunlarına görə maksimum sayılır.

DİGƏR XƏBƏRLƏR

Top