Hər il Türkiyəyə nə qədər Ermənistan vətəndaşı səfər edir - İllər üzrə RƏQƏMLƏR


2018-ci ildə Türkiyəyə 51 880 nəfər Ermənistan vətəndaşı ziyarət edib. Yeniavaz.com Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı statistik göstəricilərə istinadən bildirir ki, 2017-ci illə müqayisədə Türkiyəyə səfər edən Ermənistan vətəndaşlarının sayı 7,7% artıb.
Məlumat üçün bildirək ki, bu göstərici rəsmi yollarla, yəni viza alaraq Türkiyəyə səfər edən Ermənistan vətəndaşlarının sayını göstərir. Maraqlı məqam isə odur ki, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi veb-səhifəsində yerləşdirilən məlumatda qeyd olunur ki, Ermənistan 1993-cü ildə Azərbaycanın Kəlbəcər bölgəsini işğal etdiyi üçün Türkiyə bu ölkə ilə olan ticarət əlaqələrinə son qoyaraq iki ölkə arasındakı sərhədi bağlayır, dəmiryolu və hava əlaqələrini dayandırır (bax: - http://www.mfa.gov.tr/turkiye-ermenistan-siyasi-iliskileri.tr.mfa). Bu barədə Türkiyə rəsmiləri, o cümlədən də bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə bəyan edib ki, Azərbaycan torpaqları işğaldan azad olunmayana kimi Ermənistanla heç bir siyasi və iqtisadi əlaqələr qurulmayacaq. Lakin, bu açıqlamalra baxmayaraq rəsmi statistika hər il Ermənistandan Türkiyəyə onminlərlə erməninin səfər etdiyini göstərir.  
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı rəsmi məlumatlarda (bax: - http://yigm.kulturturizm.gov.tr/TR-201111/sinir-istatistikleri.html ) 2002-2018-ci illər ərzində Türkiyəyə səfər edən Ermənistan vətəndaşlarının sayı illər üzrə aşağıdakı kimi olub:
İllər Türkiyəyə səfər
edən Ermənistan vətəndaşlarının sayı
2002 17 530
2003 23 118
2004 33 034
2005 36 648
2006 41 692
2007 53 142
2008 63 655
2009 64 982
2010 69 323
2011 72 393
2012 70 956
2013 73 365
2014 67 198
2015 48 522
2016 39 063
2017 48 320
2018 51 880
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top