Siqaret çəkmək rəng korluğuna səbəb olurmuş


ABŞ-ın Ratqers Universitetinin alimləri siqaretdən müntəzəm istifadə edənlərin səhhətində yarana biləcək problemlər barədə açıqlama veriblər. 

Onların apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, gündə 20 ədəddən çox siqaret çəkən şəxslərin rəngləri bir-birindən fərqləndirmək qabiliyyəti azalır və onlar yaşlanarkən korluğa daha çox meyilli olurlar.

RenTV xəbər verir ki, mütəxəssislər 5 il ərzində 70 siqaret aludəçisi və heç vaxt  tütündən istifadə etməmiş 70 nəfər üzərində müşahidə aparıblar. 

Məlum olub ki, siqaret çəkməyənlərin görmə və rəngləri ayırd etmə qabiliyyəti daha yüksək səviyyədədir.

“Psychiatry Research” elmi jurnalında dərc edilmiş hesabatda bildirilib ki, bu nikotinin və tütün yanarkən yaranan tüstünün birbaşa gözə təsiri ilə bağlı ola bilər. 

Həmçinin, alimlər  görmə qabiliyyətinin azalmasının gözün torlu qişasında oksidantların yüksək konsentrasiyası və əzələlərin büzüşməsi ilə əlaqədar ola biləcəyini də istisna etmirlər.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top