Neft sektorunda iqtisadi artım qeyri-neft sektorundan daha çox olub


Bu ilin yanvar ayında Azərbaycanda 5  milyard 929,5 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanaqn məlumatlara istinadən bildirir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 2,9% çoxdur. Son 1 ildə adambaşına düşən ÜDM-in dəyəri isə 2,1% artaraq 601,1 manata çatıb.

Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 2,7%, neft sektorunda isə 3,2% artıb.

 

DİGƏR XƏBƏRLƏR

Top